Qadın, əri barədə qərarı oxuyan hakimə bıçaqla hücum etdi | wWw.Hurriyet.Com.Az

Qadın, əri barədə qərarı oxuyan hakimə bıçaqla hücum etdi

50463Qalmaqal zamanı xəsarət alaraq xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır
Belçikanın paytaxtı Brüsseldə yerli məhkəmələrdən biri zamanı hakimin yekun qərarı sonda az qala onun öldürülməsi ilə nəticələnə bilərdi. Buna səbəb isə, müttəhimin həyat yoldaşı olan qadının qərardan dərhal sonra çantasından bıçağı çıxararaq hakimin üzərinə hücum etməsi olub. Lakin təhlükəsizlik qüvvələri vaxtında qadına müdaxilə edərək bıçağı onun əlindən alıblar. Qarşıdurma zamanı qadın özünü ağır şəkildə yaralayıb. Polis əməkdaşları bıçağı onun əlindən almağa çalışan zamanı bıçaq onun qolunu və boğazını kəsib. Vəziyyətlə əlaqədar qadın dərhal xəstəxanaya aparılıb.

Məhkəmə zamanı hakim bir sıra zorakılıqlarda ittiham olunan müttəhimə 50 ay azadlıqdan məhrumetmə cəzası verib. Qadının qəzəblənməsinə də səbəb məhz bu olub.

Hakim Luk Hennart vəziyyəti şərh edən zaman insidentlə əlaqədar məhkəmənin təhlükəsizlik xidmətini günahlandırıb.

“Qadının təhlükəsizlik xidməti əməkdaşlarından necə yayınması sual doğuran əsas məsələlərdən biridir. Mən bu barədə şərh verə bilmərəm”.

Hazırda xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır. Həkimlər onun çoxlu qan itirdiyini bildiriblər.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top