Gündə 1 yumurta yesəniz… | wWw.Hurriyet.Com.Az

Gündə 1 yumurta yesəniz…

yumurta

 

Son elmi araşdırmalar göstərib ki, yumurta nəinki ürək-damar sistemi üçün ziyanlıdır, əksinə hər gün 1 yumurta yeyən insanda ürək və damar xəstəliklərinin, xüsusilə insultun riski azalır.

Əvvəllər belə hesab olunurdu ki, yumurta qanda xolesterinin səviyyəsini qaldırır ki, bu da ürək və damar xəstəliklərinin inkişafına səbəb olur. Həkimlər insanlara yumurtanın qəbulunu məhdudlaşdırmağı tövsiyə edirdilər.

Hurriyet.az xəbər verir ki, son elmi araşdırmalar göstərib ki, yumurta nəinki ürək-damar sistemi üçün ziyanlıdır, əksinə hər gün 1 yumurta yeyən insanda ürək və damar xəstəliklərinin, xüsusilə insultun riski azalır. Alimlərin fikrinə görə, bunun səbəbi yumurtanın tərkibində antioksidantların çox olmasıdır. Antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır və bu da ürəyin və damarların sağlamlığına müsbət təsir edir. Bundan əlavə yumurta polidoymamış yağlı turşularla zəngindir ki, bu turşular beyin üçün çox faydalıdır.(Saglamolun.az)

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top