Üzərində Azərbaycan yazılan bir şüşə su 10 minə satılır – Foto | wWw.Hurriyet.Com.Az

Üzərində Azərbaycan yazılan bir şüşə su 10 minə satılır – Foto

 

ebd93562c477c3f1292bbb36

Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.
Hurriyet.az   xəbər verir ki, “Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində “Sovet Azərbaycanı-60 il” yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.
“Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb” – kolleksiyaçı bildirir.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top