DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – CƏDVƏL | wWw.Hurriyet.Com.Az

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – CƏDVƏL

2018-fifa-world-cup-russia-logo

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriliəcək.

Hurriyet.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, turun ikinci günündə D, E və G qruplarında matçlar keçiriləcək. D qrupunun ilk 4 pilləsində qərarlaşan iddialılar bu turda münasibətlərini aydınlaşdıracaq. Avstriya İrlandiyanı, Uels isə Serbiyanı sınağa çəkəcək. Hər iki qarşılaşmada öndə qərarlaşan komanda səfərdə oynayacaq.

J qrupunun mərkəzi matçı Albaniyada baş tutacaq. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandası İsraili sınağa çəkəcək. Liderlər İspaniya ilə İtaliyanın nisbətən asan sınağa çıxdığı turda Albaniya 3-cü pillədə möhkəmlənmək üçün vuruşacaq.

Günün ən maraqlı oyunlarından biri İ qrupunda baş tutacaq. 7 xalla şərikli liderlik edən Xorvatiya ilə İslandiya balkanlıların meydanında görüşəcək. Qonşu Türkiyə yığması üçün isə ilk qələbəni qazanmaq imkanı yaranıb. “Ay-ulduzlular” seçmə mərhələnin debütantı Kosovonu məğlub etməklə durumunu yaxşılaşdırmağa iddialıdı.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

12 noyabr

D qrupu

21:00. Gürcüstan – Moldova
21:00. Avstriya – İrlandiya
23:45. Uels – Serbiya

G qrupu
23:45. Lixtenşteyn – İtaliya
23:45. Albaniya – İsrail
23:45. İspaniya – Makedoniya

I qrupu
21:00. Türkiyə – Kosovo
21:00. Xorvatiya – İslandiya
23:45. Ukrayna – Finlandiya

 

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top