Dünya Bankı Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırdır | wWw.Hurriyet.Com.Az

Dünya Bankı Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırdır

14789411716158016251_1000x669

Dünya Bankı Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırdır.

MBNP-nin mətbuat xidmətindən Hürriyət.AAz-a bildiriblər ki, bu fikir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının makroiqtisadiyyat üzrə texniki yardım missiyası ilə görüşündə səsləndirilib.

Ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meyilləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top