“Ay camaat, boşanmamışam…” – Yeganə – Hurriyet.Az

“Ay camaat, boşanmamışam…” – Yeganə

yegan%c9%99

Türkiyədə yaşayan azərbaycanlı müğənni Yeganə Mürsəlova “Şou məkan” verilişinin qonağı olub. 

Hurriyet.Az   xəbər verir ki, Yeganə şəxsi həyatı barədə də açıqlamalar edib:

“O danışır, danışsın, özü üçün danışır. Əgər mən cavab versəm, deyəcək ki, Yeganəyə təsir edir. Olmayan bir iş haqda, olmayan bir şey haqda mən necə danışa bilərəm. Mən o vaxt toyum olanda da mətbuata icazə vermək istəmədim ki, toyu lentə alsınlar. Bu, mənim şəxsi həyatımdır.

Mən medianı o toya qonaq dəvət etmişdim. Deməmişdim ki, gəlin mənim məclisimi çəkin. İndi mən hara gedirəm nikah şəhadətnaməmlə gəzim ki, ay camaat, mən boşanmamışam. Bunun insanlara aidiyyatı yoxdur. İnsanlara maraqlı da deyil əslində”.

Müğənni sərt danışaraq heç kimdən qorxmadığını da qeyd edib:

“Qorxaq adam deyiləm. Bir bizi yaradandan başqa, mən heç kimdən qorxmuram. Heç həyat yoldaşımdan da qorxmuram. Sadəcə hörmət edirəm. Hörmət qorxudan daha önəmlidir. Niyə də gedim. Od olmayan yerdən tüstü çıxarmaq istəmərəm. Heç vaxt. Həmin adamlar yazacaq, yazacaq, sonra görəcək ki, boşuna qaralayır, yazdığını siləcək .

Əlbəttə, bu dünyada paxıl da var, eqoist də var, insan sevməyən də var, “içi qurdlu” insanlar da var. Şəxsən heç kəsin ailə həyatı mənim üçün maraqlı deyil. Mən evimə gəldimsə, ancaq öz ailəmlə maraqlanıram. Lakin həmin insanların evində nə ailə sevgisi var, nə qohum-əqrəba sevgisi var, nə bacı-qardaş məhəbbəti var, gəlir oturur, fikirləşir ki, kimdən danışım”.

 

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top