Dünyanı aldadan yalanın iç üzü – FOTO-VİDEO – Hurriyet.Az

Dünyanı aldadan yalanın iç üzü – FOTO-VİDEO

478680_487335
Dünyaca məşhur “Simpsonlar” cizgi serialında Donald Trampın prezident namizədi olaraq eskalatordan enmə görüntüləri ötən günün ən çox danışılan hadisələrindən biri olub. 2000-ci ildə çəkildiyi iddia edilən görüntülər haqqında çox maraqlı detallar ortaya çıxıb.
FaktXəbər-in məlumatına görə, ötən gün Respublikaçı Partiya namizədi Donald Trampın qələbəsi ilə nəticələnən ABŞ prezident seçkiləri böyük həyəcana səhnə olub. Dünyaca məşhur “The Guardian”, “Telegraph”, “Times”, “The New York Times”, “USA Today” və digər məşhur media qurumlarının açıq şəkildə Hillari Klintonu dəstəkləməsinə baxmayaraq, Tramp rəqibindən təqribən 200 min daha az səs toplayaraq ABŞ-ın yeni prezidenti oldu.
Donald Tramp prezident olması ilə yanaşı, günün ən çox danışılan hadisə isə 2000-ci ildə “Simpsonlar” cizgi serialında Trampın eskalatordan enişinin eyni şəkildə göstərilməsi idi. İddiaya görə “Simpsonlar”ın 16 il əvvəl çəkilən bölümündə Donald Tramp namizədi olaraq eskalatordan enir və bu səhnənin eynisi illər sonra baş vermişdi.
İddia edilən görüntülər aşağıda yer alır:
Amma bu videonun həqiqət olmadığı və yalnız bir neçə nəfərin insanları yeni təbirlə desək, “trollamaq” üçün etdiyi ortaya çıxdı. Dünəninin bəlkə də ən çox danışılan görüntüsü olan, hətta TV proqramlarda da üzərində dəqiqələrlə müzakirə aparılan bu hadisənin iç üzünü öyrənmək üçün sadə bir araşdırma aparmaq lazımdır.
Yuxarıdakı fotoda gördüyümüz kimi Trampın eskalatordan eniş tarixi 2015-ci ilin iyun ayında, “Simpsonlar”da Trampı prezident kimi göstərən o hissə isə 7 iyul 2015-ci ildə yayımlanıb. Yəni o səhnə, əslində Trampın görüntüsü əsasında çəkilib, əvvəlcədən təxmin etmə kimi bir vəziyyət müzakirə mövzusu deyil. Yoxsa, bu qədər oxşarlığın olması tamamilə mümkünsüzdür.
Aşağıdakı fotoşəkildə gördüyümüz kimi “Simpsonlar”ın sözügedən hissəsi “Trumptastic Voyage” cizgi serialının prodüseri FOX Animationın rəsmi Youtube kanalında 7 iyul 2015-ci ildə dərc olunub.
Bundan başqa, həmin hissəyə dair məlumatlara Vikipediya və IMDB-dən baxanda da 7 iyulda yayımlandığını görürük.
Bununla yanaşı, görüntü keyfiyyəti də sözügedən hissənin yeni yayımlandığını göstərir. Çünki “Simpsonlar”ın 2000-ci ildə çəkdiyi hissələr ilə ötən il çəkdiyi hissələr arasında ciddi görüntü keyfiyyəti fərqi var.
Digər tərəfdən, serialın 2000-ci ildə yayımlanan bir hissəsində Donald Trampın prezident olduğu ilə bağlı səhnə var, amma hər kəsin bildiyi o eskalator səhnəsi ilə heç bir əlaqəsi yoxdur.

Bu səhnədə “Simpson” ailəsinin irtancıl uşağı Liza Simpsonun ABŞ prezidenti olduğu təsəvvür edilir. Simpsonun prezidentliyi təhvil aldığı şəxs isə Tramp olaraq göstərilir. Serialın prodüserlərindən biri Matt Groening isə məsələ ilə bağlı belə deyib:
“Biz 2000-ci ildə Trampın dövlət başçısı olacağını absurd hesab edərək zarafat kimi çəkmişik, amma indi bu həqiqət oldu”.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top