Ağdamda ər arvadını yandırdı – Hurriyet.Az

Ağdamda ər arvadını yandırdı

4

Ağdamda ər arvadını yandırıb.

Hurriyet.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.

Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ.Əliyev arvadının üstünə benzin tökdükdən sonra od vurub.

K.Vəliyevanın müəllim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top