Atatürkün bilinməyən — 30 XÜSUSİYYƏTİ – Hurriyet.Az

Atatürkün bilinməyən — 30 XÜSUSİYYƏTİ

xataturk-jpg-pagespeed-ic-sbbj7wx14m

Bu gün Türkiyə respublikasının qurucusu Mustafa Kamal Paşanın ölüm günüdür

Hurriyet.Az  dahi sərkərdənin bilinməyən 30 xüsusiyyətini oxucuları ilə bölüşür:

1.”Ata” kəlməsini xoşlamırdı.

Atatürk kəlməsi o dövrün Türk Dil Qurumu sədri tərəfindən istifadə edilib. Mustafa Kamal tərəfindən çox bəyənilən söz soyad kimi qəbul edildi. Mustafa Kamal “Ata” müraciətini qətiyyən xoşlamırdı.

2. “Kuru fasulye” və plov ən xoşladığı yemək idi. Şirniyyat xoşlamasa da, gül mürəbbəsi ilə çay içirdi.

3. Ən böyük arzusu dünyanı gəzmək idi. Səyahətə çıxıb türk dili və tarixi üzərində apardığı çalışmaları genişləndirməyi arzulayırdı.

4. Minlərlə kitabı vardı. Amma ən çox Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını yanından ayırmazdı.

5. Atlardan sonra ən çox itləri xoşlayırdı. İtinə “Fox” adını vermişdi.

6. Ən çox vals rəqsini xoşlayırdı. Musiqi zövqü müxtəlif idi. Klassik Qərb musiqisini və Anadolu xalq mahnılarını çox xoşlayırdı.

7. Bütün köynəkləri ağ rəngdə olub.

8. Kostyumlarının dizaynını özü verirdi. Göy rəng kostyum heç vaxt geyinməyib.

9. Boyu 174 sm olub. Xəstəliyə qədər həmişə çəkisi 76 kq olub. Xəstələndikdən sonra çəkisi 46 kq-a düşüb. 43 ölçülü qara rəng ayaqqabı geyinərdi.

10. Təmiz türk dilində danışırdı. Bəzi kəlimələri isə Rumeli şivəsində tələffüz edirdi.

11. Onun həyatında vacib bir yer tutan Fikriyə xanım Mustafa Kamal evləndikdən sonra faciəli surətdə özünə qəsd edib. Məzarının yeri bilinmir.

12. Həyatının böyük hissəsini cəbhədə keçirdiyi üçün prezidentlik illəri ona cansıxıcı gəlirdi.

13. Geyim qanunu çərçivəsində bütün din adamlarında dini geyimlə küçəyə çıxmaq qadağan edildi.

14. Səhər yeməyini xoşlamazdı. Yuxudan ayılan kimi divanda bardaş qurub siqaret çəkib, qəhvə içərdi. Üzünü heç vaxt özü qırxmazdı.

15. Evdə, ətrafında və hətta qonaq getdiyi yerlərdə əyri duran əşyaları düzəltməsə rahat ola bilməzdi.

16. Bir kəndli qəzet kağızına bükdüyü tütünü çəkmək istəyəndə əli yanmış, “verin bunu o çəksin” deyərək Atatürkə söymüşdü. Kəndlini məhkəməyə verdilər. Atatürk hadisəni eşitdikdən sonra “Onu məhkəməyə vermək yerinə normal siqaret çəkmək üçün şərait yaradın” demişdi.

17. Xəstələndiyi vaxt həkim ondan gündə neçə qutu siqaret çəkdiyini soruşanda, “8 qutu siqaret çəkirəm” demişdi. Həkim isə gündə 2 qutuya icazə verdiyini bildirmişdi. Bu cavabdan sonra gülümsəyən Atatürk “Onsuz da 2 qutu çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” demişdi.

18. Bir gün millət vəkilləri ilə qatara minir. Konduktorun deputatlardan bilet pulu almadığını görəndə səbəbini soruşur. Qatarın millət vəkilləri üçün pulsuz olduğunu biləndə əsəbləşir.

19. İlk Milli Məclisdə üzvlərdən biri dünyəviliyin nə olduğunu soruşur. Atatürk izah etsə də, qarşı tərəfi başa sala bilmir. Bu zaman əsəbləşən Mustafa Kamal əlini kürsüyə vuraraq “Adam olmaq deməkdir hocam, adam olmaq!” deyir.

20. Ölkədaxili səyahətlərdə ona qurban kəsmək üçün verilən heyvanlara baxa bilmirdi. Belə vəziyyətlərdə arxasını çevirər və ya heyvanı kəsməyə icazə verməzdi.

21. Xarici dillərlərlə maraqlanırdı. Yuxarı siniflərdə oxuduğu illərdə fransız dili öyrənmişdi.

22. Qumardan xoşu gəlməzdi. Dostları ilə lobyadan poker oynayardı. Oyun bitdikdən sonra isə qazandıqlarını geri qaytarardı.

23. Cəbhədə düşmənlə üz-üzə mübarizə aparsa da, savaş meydanından kənarda qan görəndə halı pisləşirdi.

24. Fransa tarixçisi Herriot Ankaraya gələndən sonra zarafatla bir cümlə işlətmişdi: “Türkiyədə qulaqları ilə eşidən bir nəfər var, onu da prezident seçiblər”.

25. Bir gün gəzinti zamanı çadralı bir qadına rast gəlir. “Mənim üçün başınızdakı örtünü aça bilərsinizmi” deyə soruşur. Qadın çadranı açır və əyilib Atatürkün əlindən öpür.

26. İdmana meyilli idi. Hər gün at çapar, hovuzda üzər və bilyard oynayardı.

27. Ən çox riyaziyyat fənnini yaxşı bilirdi.

28. Yaltaqlardan zəhləsi gedərdi. Bir axşam süfrədə ona lazımsız yerə iltifat göstərən Abdülhak Hamidə əsəbləşir.

29. 1937-ci ildən 1938-ci ilə keçən gecə bayramı xarici işlər naziri Tevfik Rüştü Aras ilə birlikdə keçirib. Şkafdakı bəzi paltarlarını nazirə hədiyyə edib.

30. Quşları da çox xoşlayırdı. Çankaya Köşkündə göyərçin damı var idi.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top