Hacıqabullu məktəbliləri maraqlı ekskursiya gözləyir – Hurriyet.Az

Hacıqabullu məktəbliləri maraqlı ekskursiya gözləyir

14789403464936050874_1000x669

Noyabrın 12-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Hacıqabul rayonundan olan iştirakçılar – rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yollanıblar.

Hürriyət.Az xəbər verir ki, əvvəlcə tur-aksiya iştirakçıları rayonda keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər.

Sonra ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Məktəblilər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə də tanış olublar.

Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrupu icra hakimiyyətinin binası qarşısındakı meydandan yola salıblar.

Qrupun rəhbəri Eldar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları dörd gün ərzində Qəbələ, Şəki və Zaqatalanın görməli yerləri ilə tanış olacaq, dünyagörüşlərini artıracaqlar.

Hacıqabul rayon təhsil şöbəsinin məsləhətçisi Bəxtiyar Ələkbərov isə deyib ki, tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanacaqlar.

Tur-aksiyanın iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəsilə Ələkbərova sevincini belə ifadə edib: “Bizi maraqlı ekskursiya gözləyir. Qəbələ, Şəki və Zaqatala rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdakı arzum idi.”

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələyə yola düşüblər.

14789403465757818437_1000x669 14789403462965422537_1000x669

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top