“YouTube” üçün virtual reallıq əlavəsi təqdim edilib – Hurriyet.Az

“YouTube” üçün virtual reallıq əlavəsi təqdim edilib

147893779947443756_1000x669

“Google” şirkəti “YouTube”a yeni “YouTube VR” servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb.

Hürriyət.Az“4PDA” resursuna istinadən xəbər verir ki, əlavə “Daydream VR” virtual reallıq platforması və bu həftə satışa çıxarılan “Daydream View” kaskasına uyğun hazırlanıb. “YouTube VR” əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm “teatr” rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.

“YouTube VR” əlavəsinin işə salınması üçün “Daydream VR” kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top