Dünya Bankı Azərbaycana dəstək göstərməyə hazırdır – Hurriyet.Az

Dünya Bankı Azərbaycana dəstək göstərməyə hazırdır

the-world-bank

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makro iqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.

Palatadan Hurriyet.Az-a verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar da müzakirə edilib.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top