Bu ilin 3-cü rübü ərzində “ASAN imza” sertifikatlarının sayı 49 min 531 ədəd olub – Hurriyet.Az

Bu ilin 3-cü rübü ərzində “ASAN imza” sertifikatlarının sayı 49 min 531 ədəd olub

1478949072437403828_1000x669

Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən “ASAN imza” ilə bütün e-xidmətlərdən istifadə etmək mümkündür. Sözügedən imza gücləndirilmiş elektron imza vasitəsi olduğundan, onunla imzalanan sənədlər ölkə qanunvericiliyinə əsasən əl ilə edilmiş imzaya bərabər sayılır.

Hürriyət.Az  “vergilər.az” saytına istinadla bildirir ki, bu ilin 3-cü rübü ərzində “ASAN imza” sertifikatlarının sayı 49 min 531 ədəd olub. Onlardan 25551-i “Şəxsi”, 22,825-i “İş”, 1155-i isə “Dövlət və bələdiyyə” tipli sertifikatlar təşkil edib.

Ötən ilin müvafiq dövründə isə verilən “ASAN imza” sertifikatlarının sayı 33,734 ədəd olub. Bu rəqəmlərin müqayisəsi göstərir ki, 2016-cı ilin 3-cü rübündə verilən “ASAN imza” sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,8 faiz çoxdur.

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top