İdman – Hurriyet.Az

Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatının qızıl medalını qazanıb [YENİLƏNİB]

Hidayət Heydərov (73 kq) həlledici mərhələdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb. Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. İtaliyalı idmançıya böyük xal fərqi ilə qalib gələn təmsilçimiz yarımfinalda moldovalı Denis Vieruya uduzub. O, bürünc medal uğrunda görüş ...

Read more

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – CƏDVƏL

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriliəcək. Hurriyet.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, turun ikinci günündə D, E və G qruplarında matçlar keçiriləcək. D qrupunun ilk 4 pilləsində qərarlaşan iddialılar bu turda münasibətlərini aydınlaşdıracaq. Avstriya İrlandiyanı, Uels isə Serbiyanı sınağa çəkəcək. Hər iki qarşılaşmada öndə qərarlaşan komanda səfərdə oynayacaq. ...

Read more

Ronaldo əsəbiləşdi – “İkinci mənim kimi futbolçu olmayacaq”

Madridin “Real” klubunun futbolçusu maraqlı açıqlama verib. Hurriyet.Az  xəbər verir ki, “Marca”ya danışan 31 yaşlı hücumçu hər kəsi təəccübləndirib. O bildirib ki, futbolda Kristiano Ronaldo səviyyəsində ikinci futbolçu heç vaxt olmayacaq: “Futbolda ikinci Kristiano Ronaldo olmayacaq və ola da bilməz. Əlbəttə, gələcəkdə özlərinə xas olan hərəkətləri ilə seçilən ulduzlar olacaq. Ancaq onların heç biri mənim ...

Read more

Cüdoçumuz ermənini məğlub etdi

İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı başlayıb. Hurriyet.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Davud Məmmədsoy 60 kq çəki dərəcəsində 1/16 final mərhələsində ilk görüşünə çıxıb. İdmançımız erməni Şahen Abaqyanla üz-üzə gəlib. Məmmədsoy rəqibinə yuko ilə qalib gəlib. ...

Read more

“Peşman deyiləm” – Rəşad Sadıqov

“Hələ Avroliqada “Fiorentina” ilə oyundan sonra öncə zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim". Hurriyet.Az  “qol.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov açıqlamasında söyləyib. “Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə riskli olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la ...

Read more

IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramına qeydiyyat başladı

2017-ci il 12-22 may tarixlərində Bakıda baş tutacaq IV İslam Həmrəylik Oyunları nəzdində fəaliyyət göstərəcək könüllülük proqramına qeydiyyata start verilib. Bu barədə Hurriyet.Az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Növbəti il ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyən hər kəsin rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyy ...

Read more

“Azərbaycana vurduğum qoldan sonra xoşbəxtlikdən öləcəyimi düşünürdüm”

Şimali İrlandiya millisinin sabiq hücumçusu Devid Hili ölkəsinin komandasının sabah Azərbaycan yığmasına qarşı keçirəcəyi oyundan danışıb. Hurriyet.Az  xəbər verir ki, forvard millisinin qələbə qazanacağını bildirib: “Fikrimcə, komandamız qalib gələcək. Maykl Onilin komandası doğma meydanda uzun müddətdir ki, uduzmur. Azərbaycanla oyunda bunun davam edəcəyini gözləyirəm. Rəqib bizimlə son iki oyundan 4 xal ...

Read more

Ronaldo “ən yaxşı” oldu

İspaniyanın "Marca" nəşri La Liqanın ən yaxşı futbolçusunu seçib. Hurriyet.Az  xəbər verir ki, aparılan sorğuya əsasən, "Real"ın ulduzu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Qeyd edək ki, ən yaxşı məşqçi isə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone seçilib. ...

Read more

Futbolçuların “ana söyüşü” böyüyür

  Premyer Liqanın 11-ci turunda baş tutan AZAL – "Qəbələ” oyununda daha çox meydan sahiblərinin futbolçusu İlqar Ələkbərov və qonaqların yarımmüdafiəçisi Filip Ozobiç arasındakı qalmaqal müzakirə mövzusuna çevirildi. Hurriyet.az  xəbər verir ki, Ələkbərov xorvatiyalı oyunçunun ayağına meydançanın kənarında zərbə vurduğu üçün əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk da hakimə sərt etiraz etdi. ...

Read more

`Qarabağ` `Qəbələ`yə çatdı

Bu gü n futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub.   Hurriyet.az xəbər verir ki, turnirin sonuncusu AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qalıb. Autsayder AZAL isə xal ehtiyatını 4-ə çatdırıb. Turun digər matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Oyunun ilk 45 dəqiqəs ...

Read more

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top